Evində dəhşətli şəkildə qətl edildi, qatil hər şeyi danışdıbackend

Evində dəhşətli şəkildə qətl edildi, qatil hər şeyi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mersində evində boğularaq öldürülən Şule Özlem Uralın (40) qətlində şübhəli bilinən Atilla Yeter (20) həbs edilib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,
Toroslar mahalı Korukent Məhəlləsində Mersin Şəhərlərarası Avtovağzalının ( MEŞOT ) arxasında, ötən gecə saat 01.00 radələrində polis qrupları motosikletdə olan Atilla Yeteri şübhə üzərinə saxladı. Motosikletin üzərindən parçalanmış polad seyf və külli miqdarda pul aşkar edən qruplar, Yetəri hadisə yerində sorğu-sual edib.

Yeter seyfi Yenişehir səmtinin İnönü məhəlləsindəki evdən götürdüyünü bildirib. Polis ünvana gedərək evdə Şule Özlem Uralın cansız bədəni ilə qarşılaşıb. Uralın boğularaq öldürüldüyü müəyyən edilib. Yeter qətldə şübhəli bilinərək saxlanılarkən, Uralın cənazəsi Yenişehir rayonundakı Afət qəbiristanlığında torpağa tapşırılıb.