ABŞ-ın Florida ştatında bir qadın evində 309 heyvan tapıldıqdan sonra həbs edilib.Evdəki ammonyak miqdarının “ölümcül” səviyyədə olduğu müəyyən edilib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Frostproof şəhərində 48 yaşlı Lisa Laçarite adlı qadının evində 164 quş, 142 pişik və üç it aşkarlanıb.
Evə girən polis bildirib ki, qəfəslərdə kilidli şəkildə təxminən 75 toyuq, ördək və tovuzquşu ilə qarşılaşıb.
Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söyləyib.
Evə baxış keçirən polis məmurunun ammonyak qoxusunu “dözülməz” adlandırdığı və qəfəslərdən başqa evdə təxminən 50 pişiyin qaçdığını bildirib.
Laçarite polisə bildirib ki, o, pişikləri xilas edib, toyuq və quşları çox sevir.
Bildirilib ki, evə gələn yanğınsöndürənlər havadakı ammonyak miqdarını ölçmək üçün nümunələr toplayıb.