Evin 7 kuncündə ən çox yığılan bakteriyalar – Xəstəliklərə səbəb olurbackend

Evin 7 kuncündə ən çox yığılan bakteriyalar – Xəstəliklərə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təmiz yuyulmuş vanna otağı, xüsusi vasitə ilə təmizlənmiş mebel və təzəcə yuyulmuş döşəmə heç də o demək deyil ki, siz evi bakteriyalardan təmizləmisiz. Çünki evdə yerlər var ki, ora daha çox bakteriyalar toplanır.
“Medicina” xəbər verir ki, bir çox evlərdə kondisioner isti havalarda sərinlik vermək üçün qoşulduqda ,soyuq hava ilə yanaşı allergen göbələklər də içəri vurur. Bunu kondisioneri yandırdığımız zaman qoxusundan hiss etmək olar.
Qabyuyan maşın evdə əsasən ən təmiz əşya hesab edilir. Əslində, qabyuyan maşınlarda təhlükəli qara maya _ Exophiala dermatitdis var. Hamam və saunalarda da olur, ağciyər infeksiyalarına və digər xəstəliklərə səbəb olur.
Sabun dispenseri – antibakterial hesab olunmağına baxmayaraq hətta ona belə bakteriyalar toplana bilər.
Çirkli geyimlər yuyulduqda belə, elə bakteriyalar var ki, onu özündə saxlayır. Baxmayaraq ki, isti su və yuycu toz vasitəsi ilə yuyulur.
Mütəxəssislərin fikrincə, əlüzyuyan çanaqda toplanan bakteriyalar təbiətin heç bir yerinə rast gəlinməyən bakteriyalardır.
Vanna otağında tempraturun dəyişməsi və nəmişlik nəticəsində duş başlığında xüsusi bakteriya biofilm adlı bakteriya toplanır ki,bu bakteriyaya yalnız gölməçədə rast gəlmək olar. Bu bakteriyalar çimərkən bədənə tökülür.
Ekspertlərin fikrincə, yataq dəstlərndə olan bakteriyalara unitazda rast gəlmək olar. Gaktlar onu göstərir ki, nəcis parçalarına tez –tez yastıq örtüklərində rast gəlmək olar.