Evi qəzalı olan vətəndaş FHN-nin məmurlarından prezidentə şikayət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Get kimə və hara müraciət edirsən et məndə özbaşına bu posta gəlməmişəm və heç kimdən də qorxmuram”
 

TİA.AZ-ın redaksiyasına ölkə prezidentinə ünvanlanan,surəti  Birinci vitse -prezident xanım Mehriban Əliyevaya,Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova ünvanlanan şikayət məktubu daxil olub.

Qəzalı vəziyyətdə olan evinin  Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun  göstərişinə baxmayaraq təmir olunmamasından və rastlaşdığı məmur özbaşınalığından şikayət edən vətəndaşın müraciətini olduğu kimi diqqətinizə çatdırırıq:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
Surəti : Azərbaycan Respublikasının Birinci Vitse -Prezidenti xanım Mehriban Əliyevaya.
Surəti: Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova.


Ə R İ Z Ə

Mən Məmmədov Mehman Məhəmməd oğlu mətbuat vasitəsilə sizlərə bildirirəm ki, 08 iyul 2016-cı ildə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Ucar rayonunda keçirdiyi səyyar qəbulunda olmuşam. Cənab nazirlə şəxsən təkbətək görüşüm oldu. Evimin qəzalı vəziyyətdə olmasını cənab nazirə bildirdim. Cənab nazir müavinlərinə və Tikintiyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova evimin tikintisinə lazım olan materiallar və ya da evimin maya dəyərinin hesablanıb maddi köməklik edilməsi barədə şəxsi tapşırıqlar verdi. Bu görüşümüzdən sonra mənim evimi qeydiyyata aldılar. Hətta gəlib ölçü-biçi ilə yanaşı çəkilişlərdə etdilər.Amma bütün bu olanların müqabilində iki-üç aydan sonra FHN-nin əməkdaşı olan soyadını bilmədiyim Rafayıl adlı şəxs bizim evimizə gələrək mənə beş yüz manat təklif etdi ki, Cəbrayıl Xanlarov göndərib ki, cənab nazirin qəbulunda olmusunuz. Mən bu puldan imtina edərək nazirin şəxsi tapşırığına əməl olunmasını tələb edim. Bundan sonra mənim evimlə heç maraqlanan olmayıb.
Hörmətli cənab prezident İlham Əliyev ,himayəmdə xəstə azyaşlı övladımın xəstəliyi ilə əlaqədar Bakı şəhər xəstəxanasına gedərkən övladımın həkim müayinəsindən sonra 13 aprel 2017-ci ildə FHN-nin Tikintiyə Nəzarət Agentliyinə getdim. Agentlikdə rəis Cəbrayıl Xanlarovun iş yerində olmadığını bildirdilər. 14 aprel təkrarən həmin Agentlikdə eyni ssenarinin təkrar olduğunun şahidi oldum.

Sonda mən çox çətinliklərdən sonra Agentliyin rəis müavini Zeynal Tarquliyev adlı şəxsin qəbuluna göndərdilər. Həmin Zeynal Tarquliyev mənə nə üçün gəldiyimi bildikdə təhqiramiz sözlərlə təhqir etdi. O mənim bu hərəkətlərimi utanc əlamətləri hesab edərək FHN-i Kəmaləddin Heydərovun da ünvanına bəzi sözlər işlədərək və oturuş qaydalarına riayət etməyərək mənə təhqir və hədələr göndərdi. Bütün bu olanlar barədə cənab prezidentimizin və xanım Mehriban Əliyevaya müraciətlər edəcəyimi və sizlərin qəbuluna düşəcəyimi Zeynal Tarquliyevə bildirdikdə o mənə “get kimə və hara müraciət edirsən et məndə özbaşına bu posta gəlməmişəm və heç kimdən də qorxmuram” cavabını vermişdir.
Cənab prezident, hörmətli el anası Mehriban xanım Əliyeva, xahiş edirəm mənim bu mətbuat vasitəsilə müraciətimə cavab olaraq məni qəbul edəsiniz. Xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətə götürəsiniz və şəxsən məni qəbul edəsiniz.
Cavabınızı gözləyirəm. Telefon:051-943-69-97