Vətəndaşların mənzilə olan tələbatının ən yüksək göstəricilərinin Bakıda olduğunu nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyi ikinci layihəsini də paytaxtda həyata keçirməyi qərara alıb.
Vətəndaşların mənzilə olan tələbatının ən yüksək göstəricilərinin Bakıda olduğunu nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyi ikinci layihəsini də paytaxtda həyata keçirməyi qərara alıb.
Bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. MİD rəhbəri qeyd edib ki, Hövsan qəsəbəsində 20 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisi üçün agentliyin sərəncamına verilib.
Bildirilib ki, güzəştlə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlar mənzili orta bazar qiymətindən aşağı qiymətə, İpoteka Fondunun güzəştli ipoteka krediti, həmçinin öz vəsaiti və ya kredit təşkilatından cəlb etdiyi maliyyə vəsaiti hesabına sahib ola biləcəklər.
Samir Nuriyev jurnalistlərə açıqlamasında deyib ki, sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq. Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.
S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.