“Popun kralı” adlandırılan Maykl Ceksonun Las-Veqasdakı malikanəsi satışa çıxarılıb.
Tribunainfo.az Rusiya mediasına istinadən xəbər verir ki, mərhumun evi 12,5 milyon dollara (20 milyon 40 min manat) satışa qoyulub.
Sahəsi 1,6 min kvadratmetrdən çox olan ev 2005-ci ildə tikilib.
Yeddi yataq və doqquz vanna otağı olan malikanənin tavanlarının hündürlüyü 9 metrdir.
Dəbdəbəli bağı, fəvvarəsi, kinoteatrı və geniş qarajı mövcuddur.