Azərbaycan Yazıçılar Birliyinin üzvü şair QAFQAZ ƏVƏZOĞLUdan söz düşəndə ağlımdan keçən ilk bənzətmə bu olur- QIZIL KÜLÇƏSİ.
Tanrıdan hər kəsə bir ömür verilib və bu ömrü də hər kəs öz adına, şəxsiyyətinə uyğun yaşayır. Daşıdığı və öhtəsindən layiqincə gəldiyi vacib işlərinə görə, mən ona çox vaxt
ƏVƏZSİZ ƏVƏZOĞLU deyirəm.
Redaktə və tərtib edtiyi, hətta yazdığı digər kitabları da, qoyuram bir qırağa, gərgin zəhmət və araşdırmalar bahasına başa gəlmiş “Xanəndənin taleyi” və “Bərgüşad-80” kitablarının hər biri hazır doktorluq dissertasiyasıdır.
Qubadlı rayonu ictimai, siyasi həyatını işıqlandıran “Bərgüşad” və təsisçisi olduğu “Sözün sehri” ədəbi-ictimai qəzetlərinin ərsəyə gəlməsinin bütün ağırlığı da onun çiynındədir.
Qafqaz Əvəzoğlu “S.Rəhimov adına Qubadlı rayon Ədəbi, İctimai Birliyi”nin, eləcə də AJB Şərqi Zəngəzur Reqional təşkilatının sədri kimi də öz təşkilatçılıq bacarığını göstərir.
Gözəl şeirləri, publisistik yazıları və araşdırmaları ilə respublikamızda tanınan dəyərli söz adamı QAFQAZ ƏVƏZOĞLUnun
aprelin 1-də 70 yaşı tamam olur. Bu yubiley günündə qələm dostumuza (onu sevən bütün dostlarımız adından) sağlamlıq, uzun ömür və daha da uğurlu bir həyat arzulayıram.
XAN RƏSULOĞLU