EVDƏ QIZILCAYA YOLUXAN VARSA, BUNU ETMƏYİN… – HƏKİM

EVDƏ QIZILCAYA YOLUXAN VARSA, BUNU ETMƏYİN… – HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi 21-ci əsrdir. Artıq 2023-cü il də bitir. Ancaq hələ də o inam var ki, evdə kimsə qızılca tutubsa evi qırmızı örtüyə, pərdəyə bürümək lazımdır. Bunun qızılca tutan adama heç bir təsiri, köməyi yoxdur.Tribunainfo.az yazır ki, bu barədə pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, bu cür inanclara hələ indi də inannanlar var. ancaq inanmamaq, xəstəlik baş verən kimi həkimə müraciət etmək lazımdır:

“Uşaq vaxtı mən qızılca olmuşdum. Dindar nənəm otağı qıpqırmızı (örtülər, pərdələr və s) eləmişdi.

Atamı da məcbur eləmişdi ki, başına qırmızı lent bağlanmış qoçu qurban kəssin. Çünki nənəmin inancına görə, Yaradan uşağa qızılca göndərmişdi. Yəni Allahın göndərdiyi bəlaya “amin” deyilməliydi, hətta o bəla uşağı öldürsə də.
İynə-dərman, həkim barədə söhbət belə ola bilməzdi. Düşünürdülər ki, uşaq ölsə öləcək, qalsa qalacaq. Düşüncə beləydi. İndi 21-ci əsrin 23-cü ili bitir. Ancaq hələ də bu düşüncədə olanlar var. Allah o düşüncədə olanlara insaf versin. Uşaqları qorumaq lazımdır. Evdə, özünüz deyil, həkimə müraciət edərək”.