Bakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Bakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
TİA.AZ-ın Lent.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İ.Əhmədov özünü cinayətə görə tam təqsirli bildiyini deyib.
Məhkəmədə sərbəst ifadə verən İlkin Əhmədov qeyd edib ki, evləndikdən sonra Binə qəsəbəsində həyat yoldaşı ilə kirayədə yaşayıb: “Fialın evində qalırdıq. Fialın yaşadığı ev də arxada idi. Hadisədən əvvəl pivə alıb-gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4:00 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o, yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda, Fialın arvadıma təcavüz etdiyini gördüm. Əlimə bıçaq alıb, onu vurdum”.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddət F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.
Hadisəni törədən İ.Əhmədov saxlanılıb.