Pilləkən çıxmaq və yerləri əl ilə əyilərək silmək ürək və iflis xəstəliklərindən qoruyur.
Tribunainfo.az xəbər verir ki, 25 min insan arasında aparılan araşdırmadan sonra məlum olub ki, hətta ən adi gündəlik hərəkətlər belə insanı bir çox xəstəlikdən qoruyur.
Xüsusilə kişilər müəyyən yaşdan sonra oturaq həyata üstünlük verdikləri üçün ürək xəstəlikləri, bel, ayaq, sümük ağrıları yaşayırlar. Mütəxəssislər bildirib ki, pilləkən çıxmaq, ev işləri görmək, yer silmək, pəncərə silmək kimi işlərlə məşğul olmaqla yuxarıda sadalanan xəstəliklərdən qorunmaq mümkündür.