Ev dustaqlığından azad olunan Ərbildən açıqlama

Ev dustaqlığından azad olunan Ərbildən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qanunsuz mərc oynamağa təşviq” istintaqı çərçivəsində hökm çıxarılan Mehmet Əli Ərbilin ev dustaqlığı götürülüb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, məşhur şoumen bu qərardan sonra sosial media hesabından açıqlama verib.

İstintaq çərçivəsində Ərbil və Ortaç barəsində 3 ilə qədər həbs tələbi ilə iddianamə hazırlanıb.

Ötən gün Serdar Ortaçın ev dustaqlığı cəzasının qaldırılmasından sonra yeni bir hadisə yaşanıb.
Bu gün edilən etiraza görə, Mehmet Əli Ərbilin ev dustaqlığı qərarı növbətçi sülh cəza hakimi tərəfindən ləğv edilib.

Mehmet Əli Ərbil qərardan sonra bu açıqlamanı verdi:

“Bir müddət əvvəl verilən “Elektrik qandallı evdən çıxmamaq kimi məhkəmə nəzarəti tədbirinin tətbiqi” qərarı bu gün məhkəmələrimizin verdiyi qərarla ləğv edildi və həftədə bir dəfə imzalanma şərti ilə bərpa edilib”. Məsələ ilə bağlı məhkəmə prosesi davam edir. İctimaiyyətə hörmətlə…”

Ceyran