Ev almaq istəyənlərə əlverişli şərtlər: Yasamalda yeni mənzillər satışdabackend

Ev almaq istəyənlərə əlverişli şərtlər: Yasamalda yeni mənzillər satışda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kristal Abşeron” yeni təklifi ilə daha çox insana əlverişli qiymətlərlə keyfiyyətli və rahat mənzil sahibi olmaq imkanı yaradır. Park Yasamalda yeni mərhələnin satışa çıxması ilə qiymətlər də yeniləndi. Belə ki, hazırda Park Yasamal layihəsində aylıq sadəcə 632 manat ödəməklə 2 otaq studiya mənzilə sahib olmaq mümkündür.

“Kristal Abşeron” tərəfindən təqdim olunan Park Yasamal yaşayış kompleksi, şəhərin mərkəzinə yaxın, əlverişli ərazidə yerləşən yeni bir yaşam məkanıdır. Bu layihə, göl mənzərəsi ilə seçilən və müasir yaşayış standartlarına cavab verən mənzilləri ilə diqqət çəkir. Park Yasamal layihəsində təklif olunan mənzillər, həm rahat, həm də keyfiyyətli bir yaşam tərzi təmin etməyi hədəfləyir.

Park Yasamalın üstünlükləri yalnız mənzillərlə məhdudlaşmır. Layihə çərçivəsində sakinlərin rahatlığı və ehtiyaclarını qarşılamaq üçün müxtəlif infrastrukturlar da nəzərdə tutulmuşdur. Yaşayış kompleksində müasir idman zalları, uşaq oyun meydançaları, yaşıllıqlarla dolu parklar və digər ictimai məkanlar mövcuddur. Bu, sakinlərə məmnun bir yaşam təmin etmək üçün xüsusi olaraq düşünülmüşdür.

Park Yasamal layihəsində “Kristal Abşeron” şirkəti yüksək keyfiyyətli yaşayış şəraiti yaratmaq üçün tanınmış və etibarlı markalarla əməkdaşlıq edir. Layihə çərçivəsində istifadə olunan materiallar və avadanlıqlar dünyanın qabaqcıl istehsalçılarından alınır. Mənzillərin təmirində Almaniya istehsalı “Grohe” və “Hansgrohe” hamam aksesuarları, Amerika markası “Guardian Glass” pəncərə şüşələri, İtaliya markası “Prysmian” yanmayan kabelləri, İtaliya istehsalı “Immergas” kombi sistemləri, Kanada markası “Coswick” parketləri və İtaliya istehsalı “Gewiss” elektrik açarları və aksesuarları istifadə olunur.

Şəhərin mərkəzinə yaxın, göl mənzərəli, müasir və rahat mənzillər axtarırsınızsa 20 ilədək ipoteka imkanı ilə bu fürsətdən yararlanmağa tələsin!

Ətraflı məlumat üçün:

*1544 / 050 448 00 00
www.kristalabsheron.az