“Eurolab” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.