“Eurohome” Ticarət Mərkəzi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə məhkəmə çəkişməsindədir.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə çəkişməsi vergi borcu ilə əlaqədardır.
Araşdırmalarımız zamanı məlum olub ki, “Eurohome”a 64 045 manat vergi borcu yazılıb. Ticarət Mərkəzinin rəhbərliyi isə bu məbləğlə razı deyil. Bu baxımdan, məhkəməyə müraciət edilib.
Birinci instansiya məhkəməsinin qərarı “Eurohome” Ticarət Mərkəzinin rəhbərliyini qane etmədiyindən apellyasiya şikayəti verilib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Xəyalə Cəmilova iş üzrə hakim təyin edilib.
Bir müddət əvvəl sosial şəbəkələrdə və mediada “Eurohome”un vergidən yayındığı barədə iddialar yayılmışdı. Bildirilirdi ki, Ticarət Mərkəzinin rəhbəriliyi icarəyə verdiyi mağazaların sahəsini sənədləşmədə 2 dəfə az göstərir.