İranın əsas kəşfiyyat qurumu olan ETTELAT müvafiq dövlət qurumlarına xəbərdaredici məxfi məktub göndərib.
Tribunainfo.az xəbər verir ki, “İran İnternational” kanalı bununla bağlı bəzi məlumatlar əldə edib.
Həmin məktubda qeyd edilir ki, ETTELAT İranın dövlət qurumlarına diqqətli olmalarını tövsiyyə edib. Belə ki, BMT-nin sanksiyaları bərpa edəcəyi təqdirdə, İranda durum pisləşə bilər. “Sanksiyaların bərpası İran neftinin satışını tamamilə dayandıra bilər və nəticədə ölkə böyük iqtisadi böhrana girəcək. Bu böhranlar ictimai narazılığın güclənməsinə və hətta iqtisadi böhran nəticəsində yaranan sosial təhlükələrin formalaşmasına gətirib çıxara bilər. Eyni zamanda bu xalq üsyanı ilə müşahidə oluna bilər”.
Fərda Uğur