ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub:

“Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb”.