ETSN-də Hindistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN-də Hindistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Vanlalvavna Bavitlung ilə görüş keçirilib.

 Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.