ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib

ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.

Bu barədə TİA.AZ-a Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.