“Etnik Gələcək 2021” yenidən “meydan”da: Bu dəfə Nərimanov MNTK-lə anlaşdıbackend

“Etnik Gələcək 2021” yenidən “meydan”da: Bu dəfə Nərimanov MNTK-lə anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayon İcra Hakimiyyətinin balansında olan Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, abadlıq işlərində istifadə olunacaq malların satın alınması üzrə keçirilən tenderin qalibi “ETNIK GƏLƏCƏK-2021” MMC olub.
Açıq mənbələrdə qeyd edilir ki, tərəflər arasında müasabiqənin şərtlərini yerinə yetirmək üçün 188.493,2 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, “Etnik Gələcək 2021” MMC tender sahəsində yeni deyil. Bu şirkət Bakı rayonlarının demək olar ki, hamısının “sevimlisi”dir. Məsələn, Xətai MTKB-nin keçirdiyi “Parklarda istifadə olunacaq oyun qurğuları və digər malların satınalınması” tenderinə görə, MMC 792 min 110 manatlıq müqavilə bağlayıb.
Bundan əlavə, sözügedən şirkət bir neçə il öncə 1 həftə ərzində 9 tender qazanaraq, “rekorda” imza atanların sırasına da qoşulmuşdu. Belə ki, bu zaman bağölanılan müqavilələrin ümumi dəyəri 2,15 milyon manat olmuşdu. Bu tenderlər isə əsasən Nizami, Nəsimi, Xətai rayonlarını əhatə edib. Bu günlərdə isə Nərimanov MTKB də həmin siyahıya düşüb.
Adətən 300 min manatdan aşağı məbləğli tenderlərin qalibi olmayan MMC, bu il “stavka”nı aşağı salıb. Elə ona görədir ki, Nərimanov MKTB ilə 188 min manata anlaşıb.
Açıq mənbələrdə qeyd edilir ki, “Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.