Etirazlara baxmayaraq Fransada pensiya yaşı 64 oldubackend

Etirazlara baxmayaraq Fransada pensiya yaşı 64 oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını əhatə edən fərman imzalanıb.
 
Bakupost.az xəbər verir ki, fərman iyunun 6-da keçirilməsi planlaşdırılan kütləvi aksiyalardan 2 gün öncə (iyunun 4-də) imzalanıb.
Rəsmi qəzetdə dərc olunan ilkin maddələr pensiya yaşının mərhələli şəkildə uzadılmasını ehtiva edir.
Fərmanın gələn sentyabr ayında təsdiqlənməsi gözlənilir.
31 maddədən ibarət olan qanuna görə, yanğınsöndürən, polis və hava nəqliyyatı dispetçerləri kimi dövlət sektorunda çalışanlar bəzi hallarda hələ də 64 yaşından əvvəl təqaüdə çıxa bilər.
Eyni zamanda, erkən işə başlayan və tələb olunan 43 ili tamamlayanlar da təqaüdə çıxa bilərlər.
Qeyd edək ki, martın 16-da Fransa hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı kütləvi etirazlar başlayıb.
Ölkənin bir çox yerlərində polis aksiyaçılara qarşı zorakılıq göstərib.
Etiraz aksiyaları səbəbilə mindən çox insan saxlanılıb.
Layihənin konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini bəyənib, 6 maddəni isə tam və ya qismən rədd edib.