Etibarnamə ilə avtomobil satdı, adına 3280 manat cərimə gəldi (VİDEO)

Etibarnamə ilə avtomobil satdı, adına 3280 manat cərimə gəldi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etibarnamə ilə avtomobil satan şəxs sürücülük hüququndan məhrum edilib, adına 3280 manat cərimə gəlib.

Hadisə paytaxt sakini Rəşad Rəsulovun başına gəlib. Sürücü iddia edir ki, 2014-cü ildə Mansur Xəlilov adlı paytaxt sakininə ”90-LA-273” dövlət qeydiyyat nişanlı ”Vaz-2104” markalı avtomobili baş etibarnamə ilə satıb. Nəqliyyat vasitəsini alan şəxs bir ildən sonra avtomobili adına keçirmədiyindən törətdiyi inzibati xətaların cəriməsi ona gəlir.

Sürücü deyir ki, cərimə məbləği külli miqdarda olduğundan onu ödəməyə gücü çatmır. Avtomobili alan şəxs ona kömək edəcəyi vədini versə də, sonradan zənglərinə cavab verməyib. Rəşad Rəsulovu narhat edən başqa məqamlar da var.
Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə də məlumat verib.

İdarədən ona bildirilib ki, ”90-LA-273” dövlət qeydiyyat nişanlı avtomobil axtarışdadır. Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, cərimə məbləği, etibarnamə ilə avtomobil idarə edən şəxs tərəfindən ödənilməlidir. Əgər sürücü bundan imtina edərsə, mülkiyyətçi həmin şəxsi məhkəməyə verməklə ödətdirə bilər.

Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.