backend

ETİBAR NƏSİBOV: ” MÜHARİBƏLƏR, TERROR, İLANLARIN HÜCUMU”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekstrasenslərin  fəaliyyəti cəmiyyət tərəfindən hər zaman birmənalı qarşılanmayıb.  

Ekstrasenslərin  fəaliyyəti cəmiyyət tərəfindən hər zaman birmənalı qarşılanmayıb. 

Adi insanlardan tutmuş vəzifəli məmurlara kimi bir çox insanın müraciət etdiyi ekstrasenslər insanlara gələcəyi və keçmişi ilə  bağlı məlumatlar verir, dünyada baş verə biləcək hadisələri öngörmə qabiliyyətləri ilə hiss edərək cəmiyyətə çatdırırlar. 2017-ci ilə dair  məşhur  öngörənlər  Vanqanın, Pavel Qlobanın, Baxıt Umatovanın, Ceyms Hansenin proqnazları son zamanlar aktuallığını saxlayır. Onlar ötən ildəki kimi bu il də,  dünyada  müharibələrin, terror aktlarının və təbii fəlakətlərin olacağı ilə  bağlı öz proqnozlarını veriblər.

Ekstarsens Etibar Nəsibov  TİA.AZ-a 2017-ci  ildə dünyada  baş  verə  biləcək hadisələrdən danışdı: “2017-ci  ildə ABŞ-ın 21  ştatında  güclü  sel  daşqını  və  bu  zaman kütləvi  ölümlər  gözlənilir,  ardınca ABŞ iqtisadiyyatına 14%  zərbə dəyəcək. 2017-ci ilin yazı  Avropanın  şimal  hissəsində  dağ  uçqunu, İtaliyada  isə  güclü zəlzələ baş  verəcək. İtaliya baş nazirinə qarşı hücumlar olacaq, hətta istefaya  gedişi gözlənilir. İngiltərədə qatarın  relsdən çıxması nəticəsində qəza, İngiltərə Milli  Məclisində isə qarşıdurma olacaq. Eləcə də İngiltərə  şahzadəsinin səhhəti pisləşəcək. Fransada ticarət  mərkəzlərinin birində  yeni  terror  aktı, Fransa  prezidentinin  xəstələnməsi gözlənilir. Fransa  konstitutsiyasında  müsəlmanların  hicab  geyinməsinə  izin  verilməsi ilə bağlı qərar çıxarılacaq. Fransa senatında deputata  qarşı  suiqəsd  olacaq. Ərəb şeyxinin evində  qara  bulud, Dubayda  kütləvi  insanlarla  qarşıdurmalar gözlənilir. Misirdə  qeyri-adi möcüzə olacaq, həmçinin bu  ölkədə  ilanların şəhərə hücumu gözlənilir.

Qeyd  edək  ki, ekstarsens  son  zamanlar  səmada  qeyri-adi  möcüzə  olacağı ilə bağlı proqnoz  vermişdi. Həqiqətən də az müddət  keçməsinə  baxmayaraq, ekstrasensin  bu proqnozu  öz  nəticəsini göstərdi.  Beləki, ABŞ-ın  Hyuston  ştatında  quşların  şəhərə kütləvi  axın  etməsini bütün media işıqlandırmışdı. 

Nilufər