Etibar Əliyev ən böyük mehdiyevçilərin adını açıqladı

Etibar Əliyev ən böyük mehdiyevçilərin adını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil üzrə ekspert, sabiq deputat Etibar Əliyev Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və indiki rektoru Elçin Babayevi ən böyük mehdiyevçi adlandırıb.

 

Tribuna İnformasiya Agentliyi xəbər verir ki, E.Əliyev bu barədə feysbuk səhifəsində yazıb. O bildirib ki, ən böyük mehdiyevçilər Abel Məhərrəmov və Elçin Babayevdir:

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

“Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyatı” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb.
R. Mehdiyevin ixtisasca zooloq olan qızı BDU- da 2010-cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir. Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.

Sabiq deputat bildirib ki, Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır:

“Qalina Mehdiyeva qoçaq qadındır. Laborantı və sumka daşıyanı Mehriban İmanovanı Elçin Bababayevdən sonra Elmin İnkişafı Fonduna İcraçı direktor təyin etdirdi” .

Gülşən Rəsul