Qarabağ Universitetinin sürətli inkişaf edən universitetlər sırasında yer almasında Nazirlər Kabineti nəzarət funksiyasını üzərinə götürməlidir.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə deputat Etibar Əliyev Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi barədə danışarkən deyib. Millət vəkili yeni dönəmdə Nazirlər Kabinetinin seçməli olduğu hədəflər barədə danışıb.
Deputat bildirib ki, bəzi məsələlər var ki, Nazirlər Kabineti onu yenidən ciddi nəzarətə götürməlidir:
“Artıq üç ilə yaxındır ictimai maliyyə islahatları çərçivəsində 3 pilot sektorda – təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərcləmələrinin səmərəliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb. Bu istiqamətdə işlər ürəkaçan deyil və hesabatlılıq şəxsən məni qane etmir. Nazirlər Kabineti yenidən bu prosesi ciddi nəzarətə götürməlidir.
Nazirlər kabinetinin 6 fevral 2024-cü il 73 nömrəli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. Bu universitetin sürətli inkişaf edən universitetlər sırasında yer almasında Nazirlər Kabineti nəzarət funksiyasını üzərinə götürməlidir.
Həmçinin ümid edirəm ki, Nazirlər Kabineti gələcək hesabatlarında 4-cü Sənaye İnqilabına keçidin vəziyyətini və qarşıda duran vəzifələri əks etdirən məlumatları müfəssəl şəkildə bizə təqdim edəcək”.
Nigar