Adətən bəzi satıcılar bayramqabağı satdıqları məhsulun, xüsusilə də ətin qiymətini süni şəkildə artırırlar. Adətən bəzi satıcılar bayramqabağı satdıqları məhsulun, xüsusilə də ətin qiymətini süni şəkildə artırırlar.
Belə desək, vəziyyətdən sui-istifadə edib əlavə qazanc dalınca düşürlər. İndi təqdim edəcəyimiz süjetin qəhrəmanı isə bunun tam əksini edir. Uzun illərdir qəssab işləyən aqil məmmədov dana ətinin 1 kiloqramını 9 manata satır. Halbuki bazarda qiymət 11 manatdan aşağı deyil. Deyir ki, bayramdan sui-istidafə eləmək doğru deyil.
Mal əti 9 manat. Ətin qiymətinin 11 manatdan aşağı olmadığı bir vaxtda paytaxtda hələ də 9 manata dana ətinin satıldığı qəssabxana var. Söhbət Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən bu qəssabxanadan gedir. Qəssabxananın sahibi Aqil Məmmədov bayramqabağı öz alıcılarına sürpriz edib.
Aqil Məmmədov adi hallarda da əti digər qəssablardan 1-2 manat aşağı qiymətə satdığını deyir.
Qəssab qiyməti bu qədər endirməsinə baxmayaraq ziyana getmədiyini də deyir. Alıcılar da burada qiymətlərin digərləri ilə hər zaman aşağı olduğunu təsdiqləyir.
Qəssab Aqil Məmmədovun bu addımı əslində satışla məşğul olan hər kəsə nümunədir. Bayramqabağı atılan bu addım təqdirəlayiq olmaqla yanaşı, həm də vicdanlıdır.