Kənd Təsərrüfatı Nazirliyi gələcəkdə ət kəsimi və satışı sahəsində süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyi gələcəkdə ət kəsimi və satışı sahəsində süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.”Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.”Gələcəkdə məqsədimiz ondan ibarətdir ki, həm bu tədbiri, həm məntəqələrin sayını, həm də heyvanların sayını artıraq ki, Bakıda bazara intervensiya edərək süni qiymət artımının qarşısı alınsın və əhali ucuz və keyfiyyətli heyvanlarla təmin olunsun”, – nazir müavini bildirib. Azərbaycanda bu sahədə çalışan bütün fermerləri yarmarkalara dəvət etdiklərini söyləyən İ.Quliyev əlavə edib ki, bu, bazar iqtisadiyyatıdır: “Hamını öz məhsulunu 95 manata satmağa məcbur edə bilmərik. Məhsul nə qədər bol olarsa, bu da qiymətin ucuzlaşmasına səbəb olar. Bu gün Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, özəl sahibkarların da satış məntəqələri fəaliyyət göstərir”.