Estoniyanın baş naziri Kaya Kallas NATO-nun baş katibi postunu tutmağa hazır olduğunu açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Kallasdan NATO-nun baş katibi Yens Stoltenberqin gedişindən sonra bu vəzifəyə baxılmasını istəyib-istəmədiyi soruşulub və o, müsbət cavab verib.
İyulun 4-də Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsində qalacağını təsdiqləyib.
Bu qərar iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə rəsmən təsdiqlənib.
Britaniya və Amerika mətbuatı da daxil olmaqla, dəfələrlə bu qərara səbəb kimi Stoltenberqin yerinə namizədin seçilməsindəki çətinlik olduğunu yazıb.