Çinin milli bayramlarından olan “Qızıl həftə” ni fürsət bilən 3 qadın estetik əməliyyat üçün Cənubi Koreyaya səfər edib.
Çinin milli bayramlarından olan “Qızıl həftə” ni fürsət bilən 3 qadın estetik əməliyyat üçün Cənubi Koreyaya səfər edib. TİA.AZ xəbər verir ki, estetik əməliyyatdan çıxan xanımlar üzdəki şişkinlik və sarğılarla vətənə dönmək istəsələr də, hava limanında saxlanılıblar. xanımların pasportdakı şəkilləri və indiki halları uyğun gəlmədiyi üçün miqrasiya xidməti onları saxlamağa qərar verib. Qadınların üzlərində sarğı və əllərində pasportları olan şəkilləri isə sosial şəbəkədə 51 min like qazanıb, 23 min nəfər həmin şəkli paylaşıb. Çinli xanımların ölkələrinə dönmələri barədə hələki, heç bir məlumat yoxdur.Qeyd edək ki, Cənubi Koreyada estetik əməliyyat turizmi geniş yayılıb. Əməliyyatdan sonra turizm agentlikləri həmin insanları Afrikaya səyahətə belə yollayır.
NÜŞABƏ
TİA.AZ