backend

Eşşəklərin sayı niyə azalıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Azərbaycanda son bir ildə 5 min eşşək yoxa çıxıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-cı ildə bu rəqəm 35,8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47,8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb. Maraqlıdır, bu qədər eşşək hansı səbəblərdən yoxa çıxa bilər?

Digər tərəfdən eşşəklərin sayının azalmasını müəyyən etmək üçün proses necə aparılır? Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a verilən məlumata görə, eşşəklərin sayını aparmaq mümkündür: “Eşşəklərin sayının azalmasını müəyyən etmək çətin deyil. Rayon və kənd yerlərində hər məntəqə üzrə baytarlar tərəfindən vaksinasiya aparılır. Həmin vaksinasiya zamanı eşşəklərin sayının azalması bəlli olur. Həm də məntəqə nümayəndələri bu barədə məlumat verirlər. Azərbaycanda eşşək saxlayan  xüsusi təsərrüfat yoxdur. Sadəcə, şəxsi adamlar bu işlə məşğul olur. Azərbaycanda eşşəklərin sayı çox deyil. Əsasən şəxsi təsərrüfatda yük daşımaq məqsədi ilə istifadə olunur”.

Eşşəklərin yoxa çıxmasına səbəb kimi onların gizli olaraq kəsilib restoranlara, dönərxanalara verilməsini iddia etmək mümkündürmü: “Bu yalan məlumatdır. O qədər vicdansız olmalısan ki, restoranlara eşşək əti satasan. Azər Süleymanov Dövlət  Baytarlıq  Nəzarəti Xidmətinə baş rəis gələndən sonra eşşək və at ətinin kəsilib satılmasının qarşısını alıb”,-deyə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.  Zoologiya İnstitutunun direktor müavini Zəkəriyyə Məmmədov Modern.az-a açıqlamasında eşşəklərin sayınını azalmasını elmi cəhətdən izah edib: “Bu, elmi-nöqteyi nəzərdən əsaslandırılmalıdır. Dünyada qlobal dəyişmələr gedir.  Qlobal istiləşmə, yaxud da, soyuqlaşma ilə əlaqədar bitkilər, heyvanlar arasında say azalma baş verir. Səbəb bunlardır. Təbiətin canlıya təsiri başqadır”.   Direktor müavini həmçinin, eşşək ətindən qida kimi istifadə hallarından da danışıb: “Kimsə şəxsi təsərrüfatında at, eşşək saxlayırsa və bundan ət kimi istifadə edirsə,  adət-ənənəyə ziddir. Heç kəs sağlam eşşəyi kəsmir. Kimsə xəstə eşşəyi, atı kəsib satırsa, cinayət işlədir. Digər tərəfdən, kimsə ildə 5-10 eşşək kəsibsə, bunu ümumi eşşəklərin sayının azalması ilə əlaqələndirmək elmi cəhətdən düzgün deyil. 10 il bundan əvvəlki dövrlə müqayisə aparanda görürsən ki, iqlim dəyilikliyi özünü göstərir”.