ESKALATOR TƏRSİNƏ İŞLƏDİ – YARALILAR VAR – VİDEO

ESKALATOR TƏRSİNƏ İŞLƏDİ – YARALILAR VAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada paytaxt Seulun cənubundakı Bunaq metro stansiyasında eskalatorun sürətlə tərs istiqamətə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb.

Tribunainfo.az TRTHaber-ə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, qəza səhər saat 8:20 radələrində Bunaq xəttindəki Sunae stansiyasının ikinci çıxışında baş verib.

Yuxarı qalxan eskalator qəfil sürətlə geriyə dönüb aşağı düşdüyündən onun üzərində olan insanlar yıxılıb.

Kürəyi və ayaqlarından ağır xəsarət alan 3 nəfər xəstəxanaya çatdırılıb, yüngül xəsarət alan 11 nəfərə tibbi yardım göstərilib.

Polis qəzanın dəqiq səbəblərini araşdırır.

Bununla belə izah edilib ki, eskalatorun əllə işə salma sistemindən istifadə edən birinin istiqaməti tərsinə çevirmə ehtimalı çox aşağıdır.