2016-ci ilin separatçı erməni hərbi birləşmələrinin hücumunun qarşısı alınarkən Ağdərə istiqamətində döyüş zamanı məhv edilən Ermənistan Silahlı Qüvvələrinin əsgəri Kərəm Sloyanın atası Keleş Sloyan uzun sürən xəstəlikdən sonra aprelin 30-da ölüb.

Bu haqda A24.az-a hərbi-siyasi icmalçı Nəriman Qarayev məlumat verib.
Ekspertin sözlərinə görə, oğlunun Azərbaycan torpağında məhv edilməsindən sonra Keleş Sloyan erməni mətbuatına qisas olaraq ən azı 5 Azərbaycan əsgərinin başını kəsəcəyini bildirmişdi:
“Ölən əsgər Kərəm Sloyan milliyətcə yezidi kürdüdür. Ermənistanda yaşayan qeyri-ermənilərin hamısı orduya çağırılarkən həqiqi hərbi xidmətin keçməsi üçün Azərbaycanın ermənilər tərəfindən işğal olunan Qarabağ bölgəsinin ən təhlükəli mövqelərinə göndərilir”.
“Ermənistan vətəndaşı olan Kərəm Sloyanın separatçı erməni hərbi birləşmələrinin tərkibində Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində həqiqi hərbi xidmət keçməsi Ermənistanın bir daha təcavüzkar ölkə olduğunu sübut edir”, – deyə icmalçı əlavə edib.