Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrildi. Əsəd və ailəsinin Rusiyaya sığınarkən özləri ilə nə qədər pul apardığı ilə bağlı yeni iddia ortaya atılıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, devrilmiş liderin 61 illik Baas rejimi və 54 illik Əsəd sülaləsi sona çatıb.
“Türkiyə” qəzetində yer alan xəbərə görə, Şamdakı rejim kəşfiyyatından Halid Bəy “Hələbin yıxıldığı gün rejim yıxıldı”, – deyib.
Keçən payızdan əvvəl böyük bir qarşıdurma olduğunu bildirən Beyye, Rusiya tərəfdarı olan komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma olduğunu söyləyib.
Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında döyüş olduğu iddia edilib.
Beyye bildirib ki, proses zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.
Digər tərəfdən, müxalif qruplar Əsəd ailəsinə aid gizli tunel şəbəkəsini üzə çıxarıb.
Əsədin qardaşı general-mayor Mahir Əsədə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb.
Köşkün altındakı nəhəng tunelin qızıl daşıyan yük maşınlarının keçməsi üçün kifayət qədər geniş olduğu bildirilib.
Devrilmiş lider ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya sığınıb. Lakin amansızlığı ilə tanınan qardaşının harada olduğu bilinmir.
Dəniz