Suriyanın devrilmiş diktatoru Bəşər Əsədin oğlu Hafiz Əsəd Telegram-da bu səhifənin həqiqətən də ona məxsus olduğunu təsdiqləyən video yayımlayıb.
Tribunainfo.az Caliber-ə istinadən xəbər verir ki, ötən gün həmin səhifədə ingilis və ərəb dillərində Hafizin ailənin Moskvaya qaçmasının şərtlərini təsvir etdiyi bir yazı dərc olunub.
O, qaçışın planlaşdırılmadığını və prezident sarayının hökumət qüvvələrinin şəhəri tərk etdiyini öyrənəndən sonra narahat olduğunu bildirib. Bundan əvvəl paytaxtda pulemyot atəşi eşidilsə də, orada qeyri-adi heç nə müşahidə edilməyib.
“Heç kəs Dəməşqi tərk etmək fikrində deyildi, lakin gecə saatlarında Rusiyanın yüksək rütbəli nümayəndəsi Əsədin yanına gəldi və ondan bir neçə günlük Latakiyaya köçməsini xahiş etdi – o bildirdi ki, paytaxtın təhlükədə olduğunu, hərbi əməliyyatların dənizkənarı şəhərdən istiqamətləndirilə biləcəyini söylədi.
Səhər saat 3-də hava limanına gələn onlar Əsəd klanının digər üzvlərini, o cümlədən prezidentin qardaşı Mahir Əsədi görüblər. Onlar Rusiya təyyarəsi ilə Xmeymim aviabazasına köçüblər. Burada hökumət qoşunlarının öz mövqelərini tərk etməsi barədə məlumat aldılar. Hafizin sözlərinə görə, bu zaman üsyançılar Rusiyanın nəzarətində olan bazanı kamikadze dronlardan atəşə tutmağa başlayıblar.
Dekabrın 8-də günortadan sonra Rusiya komandanlığının nümayəndələri bazanın dərhal tutulması təhlükəsinin olduğunu bildirdilər. Rusiya tərəfi ilə görüşdən sonra Moskvaya uçmaq barədə qərar qəbul edilib. Rusiya buna mane olmayacağına dair razılığa gəlib”.
Dəniz