backend

Əsədə divarlarda yazılmış mesajlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsəd gedəcək və biz tezliklə qayıdacağıq”. 

“Əsəd gedəcək və biz tezliklə qayıdacağıq”.

TİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hələbin şərqində evlərdən birinin divarında yazılmış bu yazı şəhərdən təxliyyə edilən əhalinin qayıdacağına olan ümidini göstərir.

Hələbin şərqində olan 7500 dinc sakin və müxalifət döyüşçüsü İblib vilayəti və Türkiyə sərhədinə təxiyyə edilib. Amma evlərin divarlarında yazılan yazılan onların yüksək əhval-ruhiyyəsindən xəbər verir.

“Anadolu” agentliyinin fotoreportyorları həmin yazılardan yalnız bir hissəsini çəkə biliblər: “Əsəd gedəcək və biz tezliklə qayıdacağıq”, “Hələb, biz səni sevirik”, “Hələbə azadlıq!”, “Biz könüllü deyil, silah gücü ilə gedirik”.

Hələbdən təxliyyə edilən Abu Həmzə adlı sakin heç nəyə baxmayaraq qayıdacaqlarını bildirib.