backend

Əsəd: “Trampla müttəfiq olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp terrorçuluqla mübarizə apararsa, Dəməşqin təbii müttəfiqi olacaq. 

Tramp terrorçuluqla mübarizə apararsa, Dəməşqin təbii müttəfiqi olacaq.

TİA.AZ xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Portuqaliyanın dövlət televizyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Obama administrasiyasından fərqli olaraq, Tramp əməkdaşlığa can atır:

“Biz hazırda onun nə etməyə hazırlaşdığını bilmirik. Lakin o, terrorçuluqla mübarzə aparacaqsa, əlbəttə ki, biz terrorçuluqla mübarizə aparan Rusiya və İranla olduğu kimi ABŞ-la da müttəfiq olacağıq”.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyada Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün yox, İŞİD-in məhv edilməsi üçün çalışacağını deyib.