Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra ölkədən qaçan Əsədin sarayında işləyənlər sarsıdıcı həqiqəti paylaşıblar.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, saraydakıların 13 illik vətəndaş müharibəsinə sülh yolu ilə son qoyacağına ümid etdikləri Əsədin çıxışına hazırlaşdıqları, hətta kameralar və işıqlar da qurduqları üzə çıxıb, lakin devrilmiş lider heç bir xəbər vermədən ölkədən qaçıb.
Əsədin qərargahı 13 illik vətəndaş müharibəsinə sülh yolu ilə son qoyacağına ümid etdikləri bir çıxışa hazırlaşırdı.
Bəşər Əsədin köməkçiləri çıxışla bağlı beyin fırtınası aparıblar. Hətta sarayda kameralar və işıqlar quraşdırıb. Suriyanın dövlət televiziyası Əsədin hakimiyyəti siyasi müxalifət üzvləri ilə bölüşmək planını açıqladığı çıxışını yayımlamağa hazır idi. Amma onların hamısı aldandılar. Bəzi hökumət və təhlükəsizlik səlahiyyətlilərinə görə, Əsəd gizli yolla Moskvaya uçaraq paytaxtı tərk edib. Əsəd ölkəsini o qədər gizli tərk edib ki, o getdikdən sonra bəzi köməkçiləri sarayda saatlarla qalıb, heç vaxt gəlməyən çıxışı gözləyiblər.
Ceyran