backend

ƏSƏD ETİRAF ETDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya lideri Bəşər Əsəddən bir açıqlama gəlib. 

 TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya lideri Bəşər Əsəddən bir açıqlama gəlib.  

Əsəd verdiyi son açıqlamada “Əgər iki il ərzində Suriyanı xilas edə bilməsəm istefa edəcəm” ifadələrini işlədib.

Keçdiyimiz günlərdə Dəməşqdə səfərdə olan Livanlı heyət, rejim lideri Əsədlə keçirilən görüşün bir qismini media ilə bölüşüb.

“Tesnim” xəbər agentliyinin xəbərinə görə, Suriyada milyonlarla insanın qatili Bəşər Əsəd, Livanlı nümayəndə heyəti ilə keçirdiyi görüşdə bu ifadələri işlədib: “Əldə olunan bütün rejimlərin keçici bir mərhələ olduğunu düşünməyin. Suriya ordusu gücü ələ keçirmişdir və biz Hizbullah və Rusiyanın dəstəyinə malikik”.

“İstefa edərəm”

 Rejim lideri Əsəd eyni zamanda bu ifadələri işlədib: “Əgər iki il içərisində Suriyanı xilas etməsəm, istefa edəcəm, amma mən Suriyanın xilas olacağına dair yüz faiz zəmanət verirəm. Müzakirələr və bunun kimi məsələlərə baxmayın, Suriyanın terrorçulardan və təkfirçilərdən azad edilməsinin həqiqi planı Suriyanın regional rolunun yenidən fəallaşdırılmasıdır”.

İlahə