ƏSƏD CAHANGİR:”Elza gözlənilən adama çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elzanın şeir adı ilə təqdim etdiklərini ələ salmaq az qala bir ənənəyə çevrilib. Elza nəsə yazdımı, facebook dərhal qaynayıb daşır”. 

“Elzanın şeir adı ilə təqdim etdiklərini ələ salmaq az qala bir ənənəyə çevrilib. Elza nəsə yazdımı, facebook dərhal qaynayıb daşır”.

TİA.AZ xəbər verir ki, bu sözləri tənqidçi, esseist, şair, bəstəçi, pedaqoq Əsəd Cahangir öz facebook səhifəsində yazıb.

“Saysız-hesabsız paylaşmalar, təhqiredici şərhlər ayaq tutub yeriyir. Benzinin qiymətinin qalxması ilə bağlı şeiri isə xüsusi rezonans doğurdu. Sual edirəm – əgər xoşunuz gəlmirsə, niyə söz konusuna çevirirsiz? Niyə nəfəsinizi içinizə çəkib Elzanın təzə nə yazacağını gözləyirsiniz? Etiraf edin – Elza artıq gözlənilən və izlənilən bir adama çevrilib. Bu gün o hər yazısı rezonans, hətta şok effekti doğuran yeganə adamdır. Niyə? Çünki onun yazdıqlarının gerçəkliklə birbaşa əlaqəsi var.  

Çünki onun yazılarında insanın özü və cəmiyyət haqqında çılpaq etirafları var. Çünki onun yazılarında mətnlə müəllif arasında senzor yoxdur. Bugünkü şeirin yaşam gücü məhz Elzanın üslubundadır. Bugünkü şeir yaşamaq istəyirsə, əvvəlcə ölməlidir. Elza şeiri öldürür, amma həm də ona yeni can verir. Çünki o postmodernistdir və öz düşüncəsi ilə hər şey kimi ölüm-dirimin də, olar-olmazın da dışındadır. Nəhayət, Elzanın doğurduğu şok göstərir ki, biz postmodern eradan hələ çıxmamaışıq”.


İlahə