Əsasnamə tələbi pozulduğuna görə “Qarabağ” cərimələndi

Əsasnamə tələbi pozulduğuna görə “Qarabağ” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Tribunainfo.az  xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan”ın 5 nəfər sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib.

“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” 500 manat cərimə edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimələnib.