Əsas yolda təhlükəli vəziyyət… Dövlət qurumları “bizlik deyil” deyir – Foto

Əsas yolda təhlükəli vəziyyət… Dövlət qurumları “bizlik deyil” deyir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının əsas küçələrindən olan və hərəkətin intensiv olduğu Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsində avtomobil yolu ilə piyada səkisini ayıran hissədəki dəmir məhəccərlər uzun müddətdir ki, qırılıb. Həm piyadalar, həm də avtomobillər üçün olduqca təhlükəli olan bu hal sakinlərin narazılığına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, problem artıq uzun müddətdir ki, var. Sakinlər problemin həlli üçün “ASAN müraciət” portalı vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət ediblər. Lakin hər üç qurum problemin həllinin onların səlahiyyətinə aid olmadığını bildirib.

Sakinlər problemin həlli üçün artıq hansı dövlət qurumuna müraciət etməli olduqlarını bilmirlər.

Yola kənarında təhlükə hələ də olduğu kimi qalır, dövlət qurumları isə problemi həll etməyə nə tələsmir, nə də maraq göstərmir.

Gülşən Rəsul