Atam Əsabəli Mustafayev dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil.
Tribunainfo.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Əsabəli bildirib.
O bildirib ki, atası hazırda anlaqlı vəziyyətdədir: “Sadəcə nitqində problem yaranıb”.