Vəkil Əsabəli Mustafayevin səhhəti pisləşib.
Tribunainfo.az xəbər verir ki, vəkil Sumqayıtda 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Əsabəli Mustafayevin ailəsindən bildirilib ki, vəkil süni nəfəs aparatına qoşulub:
“Hələlik gözləyirik, həkimin sözlərinə görə az da olsa, irəlləyiş var. Bir müddət bundan öncə infarkt keçirmişdi. Ondan sonra ciyərinə su yığılıb, beyninə okisgen çatmır. Qan dövranı zəifləyib”.