“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılır – FƏRMAN

“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılır – FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılır.

Tribuna xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, “Ərzaq təminatı xəritəsi” informasiya sistemi (bundan sonra – Sistem) ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edir.

Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Nazirlər Kabineti “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.