Ərqaçı Zəngəzur söhbətindən yayındı: “Məsələ dinc yolla həll olunmalıdır”

Ərqaçı Zəngəzur söhbətindən yayındı: “Məsələ dinc yolla həll olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, İranın xarici işlər naziri Abbas Ərqaçı dünən Ermənistanda səfərdə olub. Tribunainfo.az xəbər verir ki, o, Ermənistanın əksər rəsmiləri ilə görüşüb və müzakirələr aparıb.

Ərqaçı çıxışları zamanı deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi regionda eskalasiya riskini minimuma endirir. O, İranın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin mətni üzrə razılaşmanı alqışladığını bəyan edib. “Biz sənədin mümkün qədər tez imzalanmasını təşviq edirik”.

Ərqaçı daha sonra qeyd edib ki, ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. “Mövcud beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi və ümumiyyətlə, geosiyasi dəyişikliklərə qarşıyıq”.

O, Zəngəzur dəhlizi ilə bağlı verilən suala elə diplomatik dildə cavab verib. Daha doğrusu, söhbətdən yayınmağa çalışıb. “Bütün regional məsələlər diplomatik yolla, güc tətbiq edilmədən, region ölkələrinin səyləri ilə həll edilməlidir”.

O sonda vurğulayıb ki, mövcud problemlərin tezliklə həll olunacağına və sənədin imzalanacağına ümid edir. “Gərginlik riski var və ümid edirik ki, razılaşma riski minimuma endirəcək və ümumi maraqlardan irəli gələn sabitliyi görəcəyik”.

Uğur Rəhimli