Prezident Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümündə iqtidar və müxalifət olaraq birlik mesajı verdikləri vurğuladı.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan: “Kipr davası bizim qırmızı xəttimizdir”. deyib.
Yunanıstanın müdafiə nazirinə sərt reaksiya verən prezident Ərdoğan, “Türklərin işğalçı olduğunu söyləmək kobud və əxlaqsızlıqdır” deyərək, Miçotakisin naziri yerinə qoymalı olduğunu bildirib.
Ərdoğan pensiya sistemi ilə bağlı mühüm açıqlamalar verib. “Yeni qanunvericilik dövründə bu məsələni gündəmə gətirəcəyik”.
Müxalifətə danışan Ərdoğan, “17 min deyirlər, belində çanta yoxdur” deyib.
Minimum pensiya 12 min 500 olduqdan sonra daha yaxşı işlər görmək üçün çalışdıqlarını ifadə edən Ərdoğan, “Hər zaman təqaüdçülərimizin yanındayıq” deyib. Prezident Ərdoğan terrorla mübarizə, ABŞ prezident seçkiləri və İsrailin Qəzzaya hücumları ilə bağlı da mühüm mesajlar verib.