“ERMƏNİSTANLA YOL BAĞLANSIN, QARABAĞI BİRDƏFƏLİK TƏRK EDƏNLƏRƏ İCAZƏ VERİLSİN”

“ERMƏNİSTANLA YOL BAĞLANSIN, QARABAĞI BİRDƏFƏLİK TƏRK EDƏNLƏRƏ İCAZƏ VERİLSİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla sülh üfüqdə belə görünmür. Fransa, İran və Rusiya Ermənistanı Azərbaycanla sülh müqaviləsinin bağlanmasına imkan verməyəcək. Ermənistan Baş naziri sülhə mane olan “Müstəqillik aktını” dəyişsə, sülh müqaviləsi tezliklə bağlanmayacaq. Ona görə də Azərbaycan hərbi cəhətdən güclənməli və erməniləri Qarabağdan tam çıxarmalıdır.

Tribunainfo.az yazır ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Fransa Qarabağda ermənilərə “Humanitar yük” göndərəcək:

“Azərbaycan sərhəddinə tam nəzarəti bərpa edib. Heç bir ölkə Azərbaycanın icazəsi olmadan sərhəddən keçə bilməz. Fransanın bu siyasəti açıq şəkildə Azərbaycanın suverenliyinə təhdiddir. Yaxın günlərdə proseslər gərginlik xəttinə keçəcək.

Azərbaycan Ermənistan tərəfindən tam girişi bağlamalı, yalnız Qarabağdan birdəfəlik gedənlərə icazə verməlidir. Azərbaycana qarşı bu təhdid siyasəti heç də Laçın yolu və guya blokada məsələsi deyil. Regionda sülhə mane olmaq və Cənubi Qafqazda qeyri-sabitliyi saxlamaqdan ibarətdir. Ermənilərdə alət olaraq istifadə edilir”.