ERMƏNİSTANLA AZƏRBAYCAN MÜHARİBƏSİ QAPIDA? – DEPUTATDAN AÇIQLAMAbackend

ERMƏNİSTANLA AZƏRBAYCAN MÜHARİBƏSİ QAPIDA? – DEPUTATDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan – Ermənistan sərhədində baş verən təxribatlar Ermənistanın hələ böyük sülhə hazır olmadığını göstərir”

Bunu TİA.Az-a açıqlamasında son günlər Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatlar barədə danışarkən deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti yaranmış yeni reallıqla razılaşa bilmir:
” Baxmayaraq ki, torpaqlarımızdan qovulub, revanş almaq üçün isə heç bir gücü və əsası yoxdur, bununla belə Ermənistan cəmiyyəti yaranmış yeni reallıqla razılaşa bilmir. Bu isə ilk növbədə Ermənistanın özünün inkişafına ciddi ziyan vurur. Qonşu dövlətlərin torpağına iddia etmək, onunla sərhəd məsələsini həll etməmək istər-istəməz cəmiyyətin resursunu əlindən alır. Ermənistan dövlət kimi qüdrətlənmək, sosial problemlər həll etmək əvəzinə özünü bu cür aventuralara xərcləyir. Yenidən müharibənin başlanması qeyri-mümkündür. Azərbaycan bütün istiqamətlər üzrə Ermənistandan güclüdür. Ermənistanın təxribatlarına cavab verəcək güclü ordumuz, beynəlxalq aləmdə siyasi nüfuzumuz, cəmiyyətin birliyi və lider ətrafında güclü birləşməsi vacib məsələlərdir. Bunlar Ermənistanda yoxdur və onların vəziyyətdən nəticə çıxarmasına böyük ehtiyac var. Reallığı əbul etdiyi halda bir dövlət kimi inkişaf edəcək, qəbul etməsə zəifləməyə davam edəcək. Azərbaycan isə həm dövlət kimi güclənir, həm də Ermənistanın istənilən təxribatına cavab vermək iqtidarındadır”.

Aytac

TİA.Az