“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını dəstəkləyirik”

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını dəstəkləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını dəstəkləyir”.

“Qadqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Tehran üçün regiondankənar qüvvələrin istənilən müdaxiləsi yolverilməzdir, çünki bu, yalnız vəziyyəti çətinləşdirəcək:

“Regionda sərhədlərin istənilən dəyişikliyi geosiyasi rəqabətin səbəbinə çevrilə bilər. Bununla əlaqədar olaraq, Qafqazda sülh bizim üçün strateji əhəmiyyətə malikdir”.

Həmçinin iki ölkə arasında əlaqələrdən bəhs edən İran lideri Ermənistan Baş naziri Nikol Paşinyanı ölkəsinə səfərə dəvət edib.

Xatırladaq ki, M.Pezeşkian avqustun 18-də prezident postunda Ermənistana ilk rəsmi səfərini edib.