ERMƏNİSTANIN YEGANƏ ŞANSI VAR-EKSPERT

ERMƏNİSTANIN YEGANƏ ŞANSI VAR-EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi uzun müddətdir nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” adlı layihəsini gündəmdə saxlayır, hətta bununla bağlı dünən İrəvanda beynəlxalq tədbir də keçirildi. Qərbin lehinə, Rusiyanın əleyhinə olduğu projenin reallaşması nə qədər mümkündür?

Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan və havadarlarının istənilən təxribatları hər an layiqli cavabını alır:

“Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın təqdim etdiyi hansısa “sülh qovşağı” layihəsinin heç bir perspektivi yoxdur. Faktiki olaraq qalib tərəf kimi Azərbaycan regional sülh qovşaqlarının yaranmasının tərəfdarıdır. Azərbaycan tərəfindən zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qoyulan siyasi iradə və Bakının təklif etdiyi şərtlər ciddi şəkildə perspektivdə dəyərləndirilir və qiymət görür. Azərbaycan faktiki olaraq elə bir şərait yaratmayıb ki, Ermənistan hakimiyyəti hansısa qorxu krizisinə daxil olsun. Ermənistanın yeganə şansı var ki, İrəvan doğrudan da sülh istəyirsə, o zaman regional kommunikasiya layihələrinin gerçəkləşməsinə təkan verməli və prosesdə iştirak etməlidir. Əks halda vəziyyətin daha da gərginləşəcəyini müşahidə edəcəyik. Ermənistanın yeni təklif etdiyi “layihə” isə Fransa və İran tərəfindən dəstəklənir. Lakin maliyyəsi baxımdan çox mənasızdır.
Eyni zamanda heç bir ciddi dövlət elə qondarma proyektləri dəstəklyəcək deyil”.