Ermənistanın səs vermə hüququ dayandırılmalıdır- AŞPA-da təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Q.Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edərək işğalçı Ermənistanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun dayandırılmasını tələb edib: 

Millət vəkili Q.Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edərək işğalçı Ermənistanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun dayandırılmasını tələb edib:

“Dəyərli dostlar, Ermənistan AŞPA-nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmır.

 Bu qətnamənin qəbul edildiyi zamandan bu günə rəsmi İrəvan onun yerinə yetirilməsi istiqamətində bir addım belə atmayıb. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. AŞPA-da alınan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təqyiq göstərməsi lazımdır. Dəyərli həmkarlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmadımı? Qərarı sizlər vermədinizmi? AŞPA-nın qəbul etdiyi 416 saylı qərar nə üçün həyata keçirilmir? Sizlər Ermənistandan bu qərarların həyata keçirilməsini qələb etməlisiniz. Aldığınız qərarlara məhəl qoymurlarsa təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, AŞPA-nın işğal edilmiş torpaqlardan çəkilməsinə dair qətnamələrini əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin “səs vermə hüququnun alınması” ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir? 25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır”.
Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Avropada getdikcə daha da artan İslamafobiyanın ciddi narahatlıq doğurduğunu bildirib və bunun qarşısını almaq üçün addımlar atmağa çağırıb.
“Dünyamız və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları bizi çox ciddi narahat etməlidir. Assambleyamız mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını heç bir zaman unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır. Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multukulturalizmin genişlənməsi mövzusu Assambleyamızın daha çox və məncə, daim gündəmində olmalıdır. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməliyik və bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş ölkəm Azərbaycanda ötən il Multukulturalizm İli elan edilmiş və bir sıra ölkədaxili tədbirlərlə yanaşı il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilmişdir. 2017-ci il boyunca da ölkəmizdə bu istiqamətdə çox sayda yerli və beynəlxalq təşdbirlər keçirilmiş, bütün beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bu mövzu diqqət mərkəzində olmuş və Azərbaycanın nu istiqamətdə dünyada örnək ölkələrdən biri olduğu xüsusi vurğulanmışdır.
Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində, iqçiliyə qarşı mübarizədə ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multukulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var. Avropada İslamafobiyanın, Anrisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı AŞPA daha çox çalışmalar həyata keçirməli, birlikdə mübarizəmizi gücləndirməliyik.Dəyərli həmkarlarım,əgər dünyanı bir insan olaraq təsəvvür etsək o indi çox ağır xəstədir və onu ancaq birlikdə çalışaraq xilas edə bilərik və gələcək üçün bunu etməliyik”.